“E-hökumət” - vətəndaşlara dövlət tərəfindən verilən xidmətlərin elektron mühitdə təqdim edilməsi deməkdir. Burada dövlət xidmətlərinin vətəndaşa ən asan və ən təsirli yolu ilə keyfiyyətli, sürətli, fasiləsiz və etibarlı bir şəkildə çatdırılması nəzərdə tutulur. Bürokratik və klassik dövlət anlayışlarının yerini almağa başlayan “E-hökumət” anlayışı ilə hər təşkilatın və hər fərdin məlumat və kommunikasiya texnologiyaları ilə dövlət təşkilatlarına və təşkilatlar tərəfindən təqdim edilən xidmətlərə asanlıqla çatması nəzərdə tutulur.
“E-hökumət” portalı bütün dövlət qurumlarının xidmətlərinə tək bir nöqtədən giriş imkanını təmin edən bir portaldır. Portalın məqsədi ictimai xidmətlərini vətəndaşlara, müəssisələrə, ictimai təşkilatlara operativ şəkildə təqdim etməkdir. Portal vasitəsilə istifadəçilər ehtiyacları istiqamətindəki məlumat və xidmətlərdən asanlıqla istifadə edə bilərlər.
“Elektron hökumət” portalından istifadə etmək üçün 3 üsul ilə autentifikasiyadan keçmək mümkündür: - Elektron hökumət sistemi tərəfindən vətəndaşa verilmiş kod ilə daxil olmaq və qeydiyyatdan keçmək. - RİTN tərəfindən verilmiş elektron imza kartı ilə daxil olmaq. - Smartfon və planşetlər üçün mobil autentifikasiya sertifikatı ilə daxil olmaq.
Sorğuların cavablandırlıması müddəti ilə bağlı ətraflı məlumat əldə etmək üçün Portalda yerləşdirilən “Elektron xidmətlər reyestri” bölməsinə daxil olub, sorğunun ünvanladığı qurumun inzibati reqlamentinə baxmaq olar.
Qurumlar tərəfindən təqdim olunan xidmətlərə tək bir internet saytı üzərindən daxil olma imkanının təqdim edilməsidir. Həmçinin qurumların xidmətləri ilə əlaqədar doğru və aktual məlumatlara çatma imkanı təmin etməkdədir. “Elektron hökumət” portalında yerləşdirilən bəzi elektron xidmətlər üçün (vergi, rüsum və s.) ödəniş edilməsi, lazım gəldikdə bu əməliyyatların Portal üzərindən təhlükəsiz şəkildə aparılmasının mümkünlüyü.
Elektron xidmətlər (e-xidmətlər) üçün dövlət qurumları tərəfindən hər hansı bir vergi, rüsum ödənilməsi nəzərdə tutulmayıbsa, “Elektron hökumət” portalı üzərindən istifadə ediləcək e-xidmətlər üçün əlavə bir haqq tətbiq olunmur.
Kod-parolu “Elektron hökumət” portalı üzərindən “Qeydiyyat” bölməsinə daxil olaraq, tələb olunan məlumatları daxil etməklə qısa bir zamanda əldə edə bilərsiniz. 2-ci üsul isə yaxınlıqda yerləşən Qeydiyyat Mərkəzlərinə şəxsiyyət vəsiqəsi ilə müraciət edərək kod-parolu ala bilərsiniz. Qeydiyyat məntəqələrinin siyahısı Video təlimat
Xeyr. Bu əməliyyat təhlükəsizlik baxımından doğru olmadığından mümkün deyildir.
Banklara elektron arayışla müraciət edilən zaman vətəndaş portaldan autentifikasiyadan keçərək elektron xidmətlər siyahısından "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" elektron xidmətinə daxil olmalıdır. Xidmətə daxil olan zaman sistem avtomatik olaraq elektron arayışı yaradır. Video təlimat
İstifadəçi portaldan autentifikasiyadan keçərək elektron xidmətlərin ümumi siyahısı bölməsində yerləşdirilən "+" işarəsini seçdikdən sonra istifadə etdiyi xidmətlər üçün başlıq qeyd edərək qrup yarada bilər. Video təlimat
Bəli saxlamaq olar, lakin təhlükəsizlik baxımından parolların mütəmadi olaraq dəyişdirilməsi və daha etibarlı parollardan istifadə edilməsi məsləhət görülür.
Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər.
Xeyr. Kod-parolun istifadə müddəti yoxdur.
Bu zaman Portalın “Şifrənin bərpası” bölməsinə daxil olub, müvafiq xanalara tələb olunan məlumatları daxil edərək şifrəni dəyişmək lazımdır.
Xeyr. Kod-parol üçün ödəniş həyata keçirilmir.
Xidmətlərin istifadəsi zamanı hər hansı problem yaranan zaman 24 saat ərzində fəaliyyət göstərən “157” Zəng Mərkəzinə müraciət edə bilərsiniz.
Əgər müəssisə korporativ şəbəkəyə malikdirsə və şəbəkə infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün müxtəlif növ proksi, faervol proqram təminatı və avadanlıqlarından istifadə olunursa sertifikat statusunun onlayn yoxlanılması (OCSP), ƏƏSMN-in bildirişləri doldurulduqdan sonra bildirişin .pdf formatında yaranması həyata keçmirsə o zaman sizin şəbəkə infrastrukturunda və proksi sistemində HTTPS, LDAP, WWW protokollarına və ƏƏSMN-xidməti istifadə etmək üçün JAVA proqramında proksi verilən İP ünvan göstərilməlidir. Əgər hər hansı başqa bir səbəb yaranırsa e-imzanın texniki qrupu ilə əlaqə saxlamanızı tövsiyyə edirik. E-imza üçün : permit tcp host 188.72.189.26 eq www permit tcp host 188.72.189.26 eq https permit tcp host 188.72.189.26 eq ldap permit tcp host 188.72.189.24 eq https permit tcp host 188.72.189.24 eq ldap permit tcp host 188.72.189.24 eq www permit tcp host 188.72.189.25 eq https permit tcp host 188.72.189.25 eq ldap permit tcp host 188.72.189.25 eq www ƏƏSMN-in xidmətindən istifadə etmək üçün: 188.72.131.38 85.132.122.125 62.212.252.0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" xidmətinə daxil olaraq qeydiyyatı aparmaq olar. Video təlimat
Elektron hökumət portalında “Qeydiyyat” bölməsinə daxil olub müvafiq mərhələləri keçməklə qeydiyyatdan keçə bilərsiniz. Əgər siz Elektron hökumət portalında onlayn qeydiyyatdan keçə bilmirsinizsə, təkcə şəxsiyyət vəsiqəniz ilə E-Gov qeydiyyat məntəqələri ( https://www.e-gov.az/az/content/read/10 ) siyahısından sizə yaxın olan poçt məntəqələrindən birinə yaxınlaşın,sizi pulsuz qeydiyyatdan keçirəcəklər.
"Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”nun 24.4-cü bəndinə əsasən, portal tərəfindən formalaşdırılan elektron arayışlar eyni məzmunlu kağız üzərində olan arayışlarla bərabər hüquqi qüvvəyə malikdirlər. Elektron arayışlar əksər qurumlar tərəfindən tanınır.
Xarici vətəndaşlar yalnız elektron imza və asan imza ilə portal giriş edib xidmətlərdən istifadə edə bilərlər.
Xeyr,xarici vətəndaşlar yalnız hər hansı bir poçt məntəqəsinə yaxınlaşaraq telefonun İMEİ kodunu qeydiyyatdan keçirə bilər.
Fin kod - şəxsiyyət vəsiqənizin sağ aşağı küncündəki, axırdan birinci rəqəmi çıxmaqla, sonrakı 7 rəqəm və hərflərdən ibarət koddur.
E-Gov identity portala giriş üçün tələb olunan autentifikasiya vasitələrindən biridir.Həmçinin ümumi identifikasiya (tanıma) vasitəsi üçün nəzərdə tutulub. Yəni,gələcəkdə bu xidmət banklarda, müxtəlif portallarda, elektron sistemlərdə, elektron xidmətlərdə istifadə ediləcək. Artıq o zaman bir çox məlumatı doldurmaq yerinə birbaşa E-Gov identity vasitəsilə sistem sizi tanıyacaq.
Mobil cihazı qeydiyyatdan keçirmək üçün ilk öncə Elektron hökumət portalına daxil olub bütün xidmətlər bölməsindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi e-xidmətlər içərisindən “Mobil cihazların qeydiyyatdan keçirilməsi” xidmətini ( https://www.e-gov.az/az/services/read/3273 ) seçməlisiniz.
İMEİ kodu qeydiyyatdan keçirdikdən 24 saat keçməsinə baxmayaraq telefonunuz hələ də aktiv deyilsə,Mobil Cihazların Qeydiyyat Sisteminin qaynar xətti olan 16 77 ilə əlaqə saxlayıb müraciətinizi onlara bildirin.
Kommunal, rabitə,ipoteka,büdcə.
“ İstifadəçi adı və parol” ilə portala giriş etdikdən sonra şəxsi kabinetdəki istifadəçi məlumatları bölməsinə daxil olaraq aktivasiya kodunun gəlməsi üçün qeyd etdiyiniz mobil nömrənizi dəyişə bilərsiniz
Azərbaycan Respublikasının Qanunlarına əsasən elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur. Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq eyni imkanlar əldə edirlər. Elektron imzanın istifadəsi zamanı sənədlər adi kağız sənədlər kimi hüquqi qüvvəyə malik olur.
Elektron imza sertifikatlarını Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Məntəqlərindən və ya online şəkildə əldə etmək mümkündür.
Elektron imza kartını əldə etmək istəyən hər bir vətəndaş Qeydiyyat Mərkəzlərinə müraciət edən zaman mütləq şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidir (sürücülük vəsiqəsi şəxsiyyəti təsdiq edən sənəd kimi qəbul edilmir). Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən, həmçinin dövlət qulluqçularından tələb olunan digər sənədlər haqqında bax “Texniki dəstək” menyusunun “Sənədlər” bölməsinə.
E-imzanı istifadə etmək üçün İnternet-ə çıxış, e-imza sertifikatı və kart oxuyucu tələb olunur. Elektron imzadan istifadə haqqında ətraflı məlumat əldə etmək üçün bax “Texniki dəstək” menyusunun “Kömək və dəstək” bölməsinə.
“Vaxt möhürü” MSXM tərəfindən verilən sertifikatlaşdırılmış təsdiqdir ki, bu sənəd konkret olaraq bu vaxtda imzalanmışdır. Bunun üçün mütləq internetə çıxış olmalıdır. Belə ki, bu proseslər on-line rejimində həyata keçirilməlidir. “Vaxt möhürü” sənəd qüvvəyə malik olsun deyə elektron imzayla birlikdə istifadə olunur.
Elektron mühitdə istifadəçinin identifikasiyası üçün MSXM tərəfindən verilən autentifikasiya sertifikatının istifadəsi.
E-imza sertifikatından xaricdə də istifadə etmək olar.
Mütləq 24 saat ərzində fəaliyyət göstərən 157” Zəng Mərkəzinə zəng vurmaq lazımdır. Bu zaman Zəng Mərkəzinin operatoru lazımi əməliyyatları yerinə yetirəcək.
Start (Пуск) > All programs (Все программы) > Charismatics > Smart Security Interface > Smart Security Interface - daxil olaraq, açılan pəncərədə: - PIN kodu unutmuşam: Change token PIN (Изменить Pin токена) bölməsində, Old PIN (Старый пин) qrafasına - PUK kodu daxil edirik, New PIN (Новый PIN) qrafasında - yeni pini daxil edirik, Repeat PIN (Подтверждение) qrafasında - təkrar yeni PIN daxil edirik və Change PIN (Сменить PIN) düyməsini sıxırıq - PIN kodu bloka salmışam: Unlock PIN (Разблокировать PIN) bölməsində, SO PIN qrafasına - PUK kodu daxil edirik, New PIN (Новый PIN) qrafasında - yeni pini daxil edirik, Repeat PIN (Подтверждение) qrafasında - təkrar yeni PIN daxil edirik və Unlock PIN (Разблокировать PIN) düyməsini seçirik.
E-imza kartı konkret şəxsə aid olduğu üçün bu elektron imzanı yalnız həmin şəxs qoya bilər. Kartın başqa şəxsə verilməsi və identifikasiya kodunun (PIN kodun) digər şəxsə bildirilməsi təhlükəsizliyin pozulması hesab edilir.
Bəli mümkündür. Konkret say göstərilmir.
Bəli mümkündür. Bir şəxs istənilən qədər sertifikata sahib ola bilər.
Bəli, imza üçün proqram təminatına malik olan internetə qoşulan (vaxt möhürü üçün) və kart oxuyucusu ilə təmin edilən istənilən kompüterdə imza qoymaq mümkündür.
Belə kombinasiya mümkündür. Bu zaman elektron sənədi nomenklaturada rəsmi olaraq qeydiyyata almaq, təsdiqləmək lazımdır. Yalnız bundan sonra sənəd kağız şəklində yaşaya bilər.
Windows əməliyyat sistemlərində yoxlanılıb.
Sertifikatda minimum olaraq RFC 2459 (Іnternet X.509 Publіc Key Іnfrastructure Certіfіcate and CRL Profіle) sənədi ilə xarakter və həcmi müəyyən edilmiş informasiya olmalıdır. Orada başqa məlumatlar da ola bilər. Məsələn, poçt ünvanı və s. Bir sözlə, sertifikat MSXM-in işləyə biləcəyi istənilən informasiyanı təşkil edə bilər. Verilən sertifikat üçün fəaliyyət müddəti müəyyən edilir. Məsələn, o, 3 il ərzində həqiqi hesab edilə bilər. Bu müddət bitəndə onun sahibinə yeni sertifikat verilir. Sertifikatın fəaliyyət müddəti onda mövcud olan informasiyadan çox asılıdır. Bu sənəd nə qədər çox informasiya təşkil edirsə, onun faydalı fəaliyyət müddəti də bir o qədər az olur. Bu onunla əlaqədardır ki, informasiya dəyişə bilər və onun sahibinə köhnə sertifikatın fəaliyyət müddəti bitənə qədər yenisini vermək lazım gələcəkdir. Bundan əlavə sertifikatda olan istənilən informasiya ümumaçıq olur. Beləliklə, aydın olur ki, sertifikata mümkün olduqca az informasiya daxil etmək lazımdır. Sertifikatın ləğv edilməsi sertifikatlaşdırma prosesinin tərkib hissəsi hesab edilir. Sertifikatın müddəti bitənə qədər onun ləğv edilməsi üçün bir çox səbəblər mövcuddur. Məsələn, onun sahibi iş yerini dəyişmiş və ya elektron imzasını itirmişdir. Belə hallarda sertifikatı təcili olaraq ləğv etmək lazımdır. Əsas məqsəd onu təsadüfi istifadədən və ya pisniyyətlilərdən qorumaqdan ibarətdir.
Simmetrik açarla şifrələməkdən fərqli olaraq informasiyanın şifrələnməsi və deşifrələnməsi üçün asimmetrik sistemlərdə biri digərindən alınması mümkün olmayan iki müxtəlif açardan istifadə olunur. Açarlardan biri şifrələmə digəri isə deşifrələmə üçün istifadə olunur. Açıq açar ilə sistemin fəaliyyət prinsipi gizli yol ilə birtərəfli funksiyaların tətbiqinə əsaslanır. Açarların generasiyası özündə açarı saxlayan sistem istifadəçisi tərəfindən həyata keçirilir. Bu açar gələcəkdə informasiyanın deşifrələnməsi (gizli açar) üçün istifadə olunacaq, informasiyanın şifrələnməsi üçün tətbiq olunan digər açar isə (açıq açar) bu açarın vacib olduğu hər kəs tərəfindən istifadə edilir. Bu açar informasiyanın deşifrlənməsi üçün istifadə oluna bilmədiyindən onun yayılmasını məhdudlaşdırmağın heç bir mənası yoxdir. İnformasiyanı alan şəxsin açıq açarın köməyilə sistemin digər istifadəçiləri vacib olan informasiyanı şifrələyə bilərlər və informasiyanı alan şəxsdən başqa heç kəs məzmunu deşifrələyə bilməz. Belə ki, bunun üçün vacib olan gizli açar yalnız informasiyanı alan şəxsin ixtiyarındadır. Öz növbəsində açıq açarla alqoritmlər açarların məxfiliyinin daha yüksək səviyyəsini təmin edirlər. Belə ki, informasiyanı alanın gizli açarı onun şəxsi informasiya arxivini heç bir zaman tərk etmir. Bununla əlaqədar olaraq təcrübədə fərdi informasiyanın şifrələnməsi zamanı simmetrik açarla alqoritmlər, yayılan informasiyanın şifrələnməsi zamanı isə hər iki alqoritmin kombinasiyası istifadə olunur. Şifrələmədən fərqli olaraq elektron imzanın asimmetrik sistemləri imzanın formalaşdırılması üçün gizli açara, onun yoxlanılması üçün isə açıq açara əsaslanırlar. Beləliklə, imza müəllifi öz açarını gizli saxlayır və heç kəs onun əvəzinə elektron sənədi imzalaya bilməz. Bununla bərabər kimsə açıq açarın köməyilə bu imzanın və onun müəllifliyinin həqiqiliyinə əmin ola bilər.
Elektron imza kartını MSXM-in >Qeydiyyat mərkəzlərindən əldə etmək mümkündür.
Elektron imza kartını əldə etmək istəyən hər bir vətəndaş Qeydiyyat Mərkəzlərinə müraciət edən zaman mütləq şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidir (sürücülük vəsiqəsi şəxsiyyəti təsdiq edən sənəd kimi qəbul edilmir).
“Vaxt möhürü” MSXM tərəfindən verilən sertifikatlaşdırılmış təsdiqdir ki, bu sənəd konkret olaraq bu vaxtda imzalanmışdır. Bunun üçün mütləq internetə qoşulmaq lazımdır. Belə ki, bu proseslər on-line rejimində həyata keçirilməlidir. “Vaxt möhürü” sənəd qüvvəyə malik olsun deyə elektron imzayla birlikdə istifadə olunur.
E-imza kartından xaricdə də istifadə etmək olar.
Mütləq müştərilərə xidmət üçün Zəng Mərkəzinə (157) zəng vurmaq lazımdır. Bu nömrə elektron imza çipkartının arxa tərəfində göstərilmişdir. Kartda olan sertifikatlar bloka salınacaq və onların qüvvəsi dayandırılacaq.
Start (Пуск) > All programs (Все программы) > Charismatics > Smart Security Interface > Smart Security Interface - daxil olaraq, açılan pəncərədə: - PIN kodu unutmuşam: Change token PIN (Изменить Pin токена) bölməsində, Old PIN (Старый пин) qrafasına - PUK kodu daxil edirik, New PIN (Новый PIN) qrafasında - yeni pini daxil edirik, Repeat PIN (Подтверждение) qrafasında - təkrar yeni PIN daxil edirik və Change PIN (Сменить PIN) düyməsini sıxırıq - PIN kodu bloka salmışam: Unlock PIN (Разблокировать PIN) bölməsində, SO PIN qrafasına - PUK kodu daxil edirik, New PIN (Новый PIN) qrafasında - yeni pini daxil edirik, Repeat PIN (Подтверждение) qrafasında - təkrar yeni PIN daxil edirik və Unlock PIN (Разблокировать PIN) düyməsini sıxırıq
E-imza kartı konkret şəxsə aid olduğu üçün bu elektron imzanı yalnız həmin adam qoya bilər. Kartın başqa şəxsə verilməsi və identifikasiya kodunun (Pin kodun) digər şəxsə bildirilməsi ciddi pozuntu halı hesab edilir.
Kompüter və kart oxuyucusu vacibdir. “Vaxt möhürü”ndən istifadə üçün internet də mütləqdir.
Bəli mümkündür. Bir adam istənilən qədər sertifikata sahib ola bilər.
Bəli, mümkündür. Bunun üçün siz 157 Zəng Mərkəzi ilə əlaqə saxlamalısınız.
1. Bunun üçün www.azdatacom.az saytında “Onlayn qoşul” bolməsinə daxil olaraq sifariş verməklə; 2. www.e-gov.az portalına daxil olub Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi “Azdatacom internet xidmətinə qoşulma üçün sifariş ” xidmətindən istifadə edərək online müraciət göndərməklə; 3. 157 zəng mərkəzilə əlaqə saxlayaraq, o cümlədən Bakı qeydiyyatında olan vətandaşlarımız birbaşa müəssisəmizə yaxınlaşaraq xidməti sifariş edə bilərlər.
Azdatacom provayderinin tarifləri barədə ətraflı məlumatı Azdatacomun rəsmi saytı olan www.azdatacom.az –dan və yaxud da 157 zəng mərkəzinə zəng edərək əldə edə bilərsiniz.
Bunun üçün 157 zəng mərkəzinə zəng etməyiniz kifayyətdir.
Bəli. Bunun üçün www.azdatacom.az saytının “ Modemin konfiqurasiyası ” bölməsinə daxil olub modemi özünüz konfiqurasiya edə bilərsiniz.
Bəli.Bunun üçün siz www.azdatacom.az saytına daxil olub “ Online xidmətlər ” bölməsindən “ Online ödəmə ” xidmətini seçərək və ya www.e-gov.az portalında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi ” xidmətinə daxil olaraq online ödəniş edə bilərsiniz.
Hörmətli müştəri, www.azdatacom.az saytında şəxsi kabinetinizə daxil olub “ 1 günlük kredit ”-dən istifadə edə və ya 157 zəng mərkəzinə zəng edərək internetinizi 1 günluk açdıra bilərsiniz.
ADSL – bilavasitə ATS-lə abonent arasında olan xətti göstərir. Əgər Sizdə modemdə ADSL işarə lampası sönürsə demək ya Sizin xəttinizdə problem var, mənzildə və ya ofisdə qoşulma düzgün olmayib.
Əgər evə zəng gələndə və ya Siz zəng edəndə ADSL işarə lampası modemdə sönürsə, bu o deməkdirki, Sizdə evdə qoşulmada problem var. Yəni ya evde ADSL ayırıcı (splitter) qosulmayib, ya da ayırıcı (splitter) düzgün qoşulmayib, ya da ümumiyyətlə ayırıcıda (splitter ) texniki nasazlıq var. Bu hal evdə 2-ci telefon aparatı ayırıcısız (splitter) quraşdırılmışdır.
Ayırıcı (splitter) qurğusu tənzimləyici rolunu oynayir. Eyni zamanda evə gələn zənglərin və internetin qırılmadan fasiləsiz işini təmin edir. Qeyd etmək yerinə düşər ki, ayırıcı (spliter) qurğu düzgün qoşulmadıqda internetdən istifadə zamanı problem yaranır.
Tp-link, Zyxel seriyalı modemlər bir çox provayderlər tərəfindən tövsiyyə olunur.
İnternetin normal və stabil işləməsi üçün əsas 3 amil vacib götürülür. 1-ci amil normal konfiqurası olunmuş işlək vəziyyətdə olan modem, 2-ci amil telefon xətti saz vəziyyətdə olmalı, 3-cü amil isə ev kompüterinin saz vəziyyətde olmasıdı.
Dəqiq sürəti bilmək istəyirsinizsə Siz öz modeminizə daxil olub, orada provayder tərəfindən verilən sürəti görə bilərsiniz. Xatırladırıq ki, əgər telefon xəttində və ya mənzilin daxilində qoşulmada problem varsa bu Sizə verilən internet sürətinə mənfi təsir edir.
Əgər Siz internetdə bütün saytlarin normal işlədəyini bir və ya bir neçə saytin normal işləmədiyinə rast gəlirsinizsə bu hal saytın yerləşdiyi serverin normal işləmədiyi qənaətinə gəlmək olar. Bu tip hallar tez-tez təkrarlanırsa 157 çağrı xidmətinə zəng edərək mütəxəssislərmizlə məsləhətləşməyiniz, onları xəbərdar etməyiniz vacibdir.
Əgər Siz evde ADSL xidmətə qoşulursunuzsa texniki tələblərə düzgün riayət etməyiniz mütləqdir. Yəni ayırıcı (splitter) düzgün formada quraşdılırlmalıdır. Əgər mənzildə və ya ofisdə Siz digər otaqlardada telefon aparatı işlətmək istəyirsinizsə Siz hökmən telefon aparatı qarşısına ADSL ayırıcı (splitter) quraşdırmalısınız.
Əgər Sizin internetinizdə problem varsa ilk öncə Sizə xidmət göstərən internet provayderə müraciət etməlisiniz. Əgər problem xəttlə bağlı olarsa, bu halda Sizə xidmət göstərən telefon qovsağı xəttinizin problemini aradan qaldırmalıdır.
Bəli hər bir istifadəçi öz xəttinin ADSL göstəricilərini müstəqil şəkildə yoxlaya bilər. Bunun üçün modemə daxil olub göstəriciləri aşağıdakı verilənlərlə müqayisə edə bilərsiniz.
Bunun üçün 157 zəng mərkəzilə əlaqə saxlayaraq və ya Bakı qeydiyyatında olan müştərilərimiz www.e-gov.az portalına daxil olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi “ADSL internet xidmətinə qoşulma və ya imtina ” xidmətinə daxil olaraq internet sürətinizi online olaraq dəyişə bilərsiniz.
Azdatacom provayderinin əhatə dairəsi barədə ətraflı malumatı www.azdatacom.az saytının “Əhatə dairəsi ” bölməsindən əldə edə bilərsiniz
Hörmətli müştəri bunun üçün Siz 157 zəng mərkəzilə əlaqə saxlayaraq ətraflı məlumatı əldə edə bilərsiniz.
Elektron hökumət portalına daxil olub Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi “ADSL internet xidmətinə qoşulma ( və ya imtina)” xidmətindən (https://www.e-gov.az/az/services/read/2706/0 ) istifadə edərək və ya 157 Zəng Mərkəzi ilə əlaqə saxlayaraq provayderdən imtina edə bilərsiniz.